Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var


Digərləri 23 May 2019 07:13:00 180 0

Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var

Meksikanın Uruapan şəhərində iki cinayətkar qruplaşma arasında toqquşma baş verib

Bakı. Meksikanın Uruapan şəhərində iki cinayətkar qruplaşma arasında toqquşma baş verib. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Miçoakan ştatının Baş Prokurorluğundan bildiriblər. Baş Prokurorluğun məlumatına əsasən, toqquşma baş verən ərazidə 9 nəfərin cəsədi və 4 yaralı aşkar edilib. Bundan əlavə, hadisə yerində yalnız Meksika ordusunun istifadəsində olan böyuk kalibrli silah da tapılıb.