Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər


Digərləri 23 May 2019 04:49:00 188 0

Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər

Suriyanın Hama əyalətində terrorçular pilotsuz uçuş aparatı vasitəsi ilə elektrik stansiyasına hücum ediblər

Bakı. Suriyanın Hama əyalətində terrorçular pilotsuz uçuş aparatı vasitəsi ilə elektrik stansiyasına hücum ediblər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Dövlət Televiziyasının məlumatında deyilir. Məlumatda bildirilir: "Terror qruplaşmaları pilotsuz uçuş aparatı vasitəsi ilə əz-Zarada yerləşən elektrik stansiyasına hücum edərək onun texnikası və avadanlıqlarına əhəmiyyətli dərəcədə maddi zərər vurublar".