"Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar


Digərləri 23 May 2019 04:07:21 192 0

"Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar

"Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar

Bakı. "Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Yayımları Birliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, şou zamanı bəzi səslər səhvlər hesablanıb və bu səbəbdən səslərə yenidən baxılıb. Səsvermənin yeni nəticələrinə əsasən, Norveç İsveçi üstələyərək 5-ci yerdə qərarlaşıb, Şimali Makedoniya Azərbaycanı keçib və ölkəmiz 8-ci pilləyə düşüb, Belarus isə Almaniyanı keçib.