Övladlarınıza verdiyiniz 8 zərərli qida


Digərləri 22 May 2019 23:56:00 231 0

Övladlarınıza verdiyiniz 8 zərərli qida

Valideynlər arasında aparılan uşağın sağlam qidalanması ilə bağlı sorğularda onların çoxu övladına verdiyi bəzi qidaları faydalı hesab etdiyini bildirib. Halbuki düzgün bildikləri bu ərzaqlar uşaqlar üçün zərərlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, uşaqların həzm sistemi 14 yaşına kimi formalaşır, ona görə onların qidalanması böyüklərdən fərqli olmalıdır.

Çox valideynlər uşaq 9-10 yaşına keçən kimi elə ailəvi kim nə yeyirsə, eyni yeməkləri uşaqlara verir. 

Bir çoxları isə 5 yaşına kimi uşaqlarına market və apteklərdə üzərində GMO-suz, uşaqlar üçün, 100 % orqanik sözü yazılan istənilən qidanı alır. Böyüklər təhlükəsiz qida ilə bağlı bilgilərə malik olmadığından, dəb ardıyca qaçır. 

Məsələn, faydalı bildiyiniz meyvə şirələri, xüsusən mağazada satılanlar, üzərində yalnız uşaqlar üçün yazılsa belə, uşaq orqanizminə faydalı deyil.

1.Hazır meyvə şirələri

Paketlərdə satılan, 3-4 aylıqdan tutmuş 3 yaşına kimi uşaqlar üçün xüsusi istehsal olunan meyvə şirələri çox zaman rəngsiz, kimyəvi qatqısız olur. Hətta istehsalçılar şirənin tərkibinə vitaminlər də əlavə edir. Bütün bunlar cəlbedici görünə bilər, amma uşaq üçün faydalı deyil. Çünki bu qidada şəkər, karbohidrat çoxdur, sellüloza isə yoxdur. 

300 ml-lik portağal şirəsində 50 qr şəkər var. Halbuki bu miqdar böyüklərin gündəlik şəkər normasıdır. 2-8 yaşlı uşaqlar üçünsə norma 25 qramdır. Uşağın təkcə 1-2 stəkan şirə ilə normanı doldurması, daha sonra əlavə qidalarla şəkər alması onu hansı vəziyyətə gətirir?

Bu o demək deyil ki, meyvə şirələrindən imtina etmək lazımdır. Meyvə və tərəvəzdən şirəni evdə təzə-təzə hazırlayıb, bir qədər su əlavə edib, içmək lazımdır. 

Dişləri olan uşaqlara isə meyvəni qabığı ilə özünü yeməsini öyrədin. Çünki yalnız bu halda meyvədəki süllulozanı orqanizm mənimsəyir. Cola, Fanta kimi şirin qazlı içkilərdə də bir paket meyvə şirəsindəki qədər şəkər var. Bu içkilər də uşaqlara qadağandır. Bu içkilər maddələr mübadiləsi, immun sistem, ürək-damar, beyin üçün zərərlidir. Çox şirə içən uşaqlarda zehni inkişaf zəif olur, piylənmə baş verir, boyu qısa olur.

2.Kəsmikli, qlazurlu sıroklar

Yalnız və yalnız uşaqlar üçün faydalı olması barədə miflər gəzən bu sıroklar şəkərlə doludur, onda süd demək olar yoxdur. Həddən artıq kalorilidir, tərkibində nişasta, dadlandırıcı, palma yağı, bir çox maddələr var. Ona görə bu qidaları uşaqlara almayın. Süd lazımdırsa, təbii südü qaynadıb verin, kəsmik lazımdırsa, adi kəsmik alın.   

3.Şirin yoqurtlar

Uşağın menyusunda süd məhsulları mütləq olmalıdır. Bunu anlayan istehsalçılar marketləri müxtəlif dadda, rəngdə, hətta hədiyyəli, sürprizli uşaq yoqurtları ilə doldurub. Valideynlər bilməlidir ki, uşaq üçün faydalı yoqurt tərkibində faydalı bakteriyalar çox olan natural yoqurt hesab edilir. Əsl yoqurtun 1 qramında 107 KOE mikroorqanizm olmalıdır. 

Bunu isə yalnız yoqurtu  analizə verdikdə təyin etmək olar. Körpələr üçün içində meyvə olan yoqurtlar məsləhət deyil.  Hesablamara görə, 1 qab yoqurtda olan şəkər uşağın sutkalıq şəkər tələbatının 30%-ini təşkil edir. Bu isə çoxdur. 

4.Kərə yağı