Cavanlaşdırıcı yapon maskası


Digərləri 22 May 2019 23:39:00 445 0

Cavanlaşdırıcı yapon maskası

Yapon qadınlar hər zaman gözəl dəri və saçları ilə fərqlənirlər. Onların digər heyrətamiz xüsusiyyəti öz yaşından daha cavan görünməkdir.

Bunun səbəblərindən biri bu ölkənin qadınlarının ev şəraitində hazırlanan kosmetik maskalardan tez-tez istifadə etməsidir.

Son.az saglamolun.az-a istinadən belə maskalardan birini sizə təqdim edir. Bu maska dərini nəmləndirir və cavanlaşdırır.

Yarım stəkan yulaf yarması lopalarını ("herkules") üyüdün və ilıq südlə qarışdırın. (Qatı sıyıq kimi alınmalıdır.) Maskanı axşam yatmazdan qabaq təmiz üz dərisinə çəkib 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.