BƏƏdə sərmayəçilərə daimi yaşamaq hüququ veriləcək


Digərləri 22 May 2019 23:27:00 220 0

BƏƏdə sərmayəçilərə daimi yaşamaq hüququ veriləcək

Sərmayəçilər və iş adamları Birləşmiş Ərəb Əmirliklərində daimi yaşamaq hüququna malik olacaqlar və onlara xüsusi "qızıl kart" veriləcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Əl Maktumun açıqlamasında bildirilir.

Qeyd olunur ki, "daimi vizanın" verilməsi təşəbbüsü ölkəyə daha çox sərmayələrin, mühəndislərin, alimlərin və istedadlı tələbələrin cəlb edilməsi məqsədi daşıyır. Dubayın əmirinin sözlərinə görə, "qızıl kart" sistemi səhiyyə, mühəndislik, elm və incəsənət sahəsindəki sərmayəçilər və görkəmli mütəxəssislər üçün nəzərdə tutulub.

Şeyx Məhəmməd bin Rəşid Əl Maktum deyib: "Bu "qızıl kart"lar Birləşmiş Ərəb Əmirliklərinin uğur tarixinə töhfə vermiş şəxslərə veriləcək. Biz istəyirik ki, onlar bizim səyahətimizdə daimi yol yoldaşımız olsunlar".