DİQQƏT! Miqren xəstələri bu qidaları əsla yeməsin


Digərləri 22 May 2019 22:53:00 371 0

DİQQƏT! Miqren xəstələri bu qidaları əsla yeməsin

Baş ağrıları gündəlik iş əmsalımıza mənfi təsir edir. Ən dəhşətlisi isə miqren tutmalarıdır. Miqren - başın bir və yaxud nadir hallarda hər iki hissəsini əhatə edən güclü, əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur.

Son.az medicina.az-a istinadən miqrendən əziyyət çəkənlər üçün xüsusi tövsiyələri təqdim edir.

Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.  Bəs miqrenə səbəb olan qidalar hansılardır? Bu əzablı ağrılardan xilas olmaq üçün nə etməliyik?   Əksər qidaların tərkibindəki baş ağrısına səbəb olan kimyəvi maddələr:   • Tiramin • Histamin • Feniletilamin • Mono Sodium Glutamate • Nitratlar • Nitrittər   • Alkaqollu içkilər  • Kofein

Tiramin metabilizmdə çox rast gəlinən amin növüdür. Qan təzyiqinin artmasına səbəb olur və miqren ağrısını şiddətləndirir. Tiramin kiflənmiş pendirdə, qurudulmuş və ya fermentləşdirilmiş ət məhsullarında, soya sousu, sitrus meyvələri, konservləşdirilmiş ərzaqlarda, yerfıstığı və spirtli içkilərdə yüksəkdir.

Feniletilamin farmakoloji baxımdan tiraminlə eyni təsirə malikdir. Kakaonun tərkibində olan bir maddədir. Şokoladda kofein, feniletilamin və s. kimi kimyəvi maddələr noradrenalin ifrazını və serebral qan dövranını dəyişdirərək, baş ağrısına səbəb ola bilər.

Monosodyum qlutamat qlutamik turşunun sodium duzudur. Hazır şorba, konservləşdirilmiş ət, konservantlar, tamat və s. kimi çox hazır yeməklərə daxildir.