Məşhur restoranlar şəbəkəsi iflas edib


Digərləri 22 May 2019 22:56:00 217 0

Məşhur restoranlar şəbəkəsi iflas edib

İngiltərənin məşhur aşpazı Ceymi Oliverin restoranlar şəbəkəsi iflas edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, o, maliyyə konsaltinq firmasına restoranlar şəbəkəsini iflasdan qorumaq üçün müraciət edib. Restoranlarda çalışan 1300 nəfər işini itirmək təhlükəsi ilə qarşılaşıb. On ildən artıqdır Londonda fəaliyyət göstərən bu restoranlar 2018-ci ilin əvvəlində iflasla üzləşsə də, onları xilas etmək mümkün olmuşdu.