ADU-da Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub (FOTO)


Digərləri 22 May 2019 22:57:16 212 0

ADU-da Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub

Bakı. Azərbaycan Dillər Universitetində (ADU) alman şairi Fridrix Şillerin “Yunan Allahları” şeiri əsasında tamaşa nümayiş olunub. Universitetdən Trend-ə verilən məlumata görə, alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə səhnələşdirilən tamaşanın ideya müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, ssenari müəllifi kafedranın müdiri Qahirə Axundova, rejissoru Faiq Mirzə, quruluşçu rəssam və səs effektləri üzrə məsul şəxs kafedranın əməkdaşı Leyla İsmayılzadədir. Rektor Kamal Abdulla rəhbərlik etdiyi universitetdə təhsil alan tələbələrin istedadı, yaradıcı potensialı haqqında danışıb, onlarla fəxr etdiyini diqqətə çatdırıb: “Tamaşa olduqca maraqlı, təsirli, dolğun alınıb. Bütün tələbələrə gələcək yaradıcı işlərində uğurlar arzu edirəm. Mən Fridrix Şillerin “Yunan Allahları” şeirini çox sevirəm. Bu, əslində qəmgin əsərdir. Tamaşanın sonluğu çox gözəl tapılıb, quruluşu yaxşı alınıb. Bu tamaşanın digər universitetlərin səhnələrində göstərilməsini də təklif edəcəyəm”.