Kişi sonsuzluğunun əsas səbəbləri Müayinə, müalicə


Digərləri 22 May 2019 22:47:00 233 0

Kişi sonsuzluğunun əsas səbəbləri  Müayinə, müalicə

Dünya əhalisi üzrə kişilər arasında sonsuzluq statistika gündən-günə artır və bu rəqəm daha çox gənc kişiləri əhatə edir. Təəssüf ki, Azərbaycanda kişi sonsuzluğu dedikdə yalnız evləndikdən sonra övlad olmadıqda bu problemin aşkar edilməsi, müayinələr başa düşülür.

Halbuki kişi sonsuzluğu erkən yaşda başlayıb, uzun illər gizli qalır.

Ailə qurduqdan sonra qorunmasız əlaqə davamlı olarsa, hamilə qalmaq şansı 30%, 6 aydan sonra 60%, 12 aydan sonra 99% olmalıdır. Əgər 6 ay və 1 ildən sonra hamiləlik baş vermirsə, o zaman həkim sonsuzluq diaqnozu qoyaraq, burden müalicələrə başlayır. 

Hamiləlik baş vermirsə, bu bir tərəfin, bizdə olduğu kimi qadının sonsuzluğu demək deyil. Sonsuzluq diaqnozu cütlüyə qoyulur və təbii ki, bütün müayinələrdən ər-arvad birlikdə keçməlidir.

Son.az bildirir ki, medicina.az müasir kişilərdə sonsuzluğa səbəb olan geniş yayılmış səbəbləri araşdırıb.

Reproduktiv yaş

Nədənsə belə bir səhv inanc kök salıb ki, reproduktiv yaş yalnız qadınlara aiddir, kişilərm 60-70 yaşına kimi problemsiz uşaq sahibi ola bilər. Tibbə görə bu belə deyil.

Yaş artdıqca həm qadınlarda, həm kişilərdə yumurtahüceyrələrin sayı, keyfiyyəti azalır, ona görə hamiləlik şansı da azalır. Həyatda möcüzələr baş verir, 60-70-80 yaşlı kişilərin də ata olduğu faktlar var. Lakin bu hamıya keçərli deyil. 

Uğurlu mayalanma üçün 1 ml spermdə 100 milyon hərəkətli spermatozoid olmalıdır. Ən aşağı hədd 40 milyondur. Lakin müasir kişilərin yarıdan çoxunda bu hədd 20-30 milyon arası dəyişir. 

Həkimlər 45 yaşına kimi atalıq barədə düşünüb, bu prosesi həyata keçirməyi məsləhət görür.

Digər səbəblər - stress, ekologiya, zərərli vərdişlər, az hərəkətlilik - bütün bunlar müasir yaşam tərzinin təsirləridir.

İnfeksiyalar

Cinsi yolla ötürülən infeksiyalar qadınla ilk əlaqədən kişinin orqanizmi ilə dostlaşır. Yəni çox kişilər evlənənə kimi artıq bu infeksiyalarla tanış olmuş olur. Xlamidioz, qonoreya xroniki iltihab ocaqları yaradaraq, sperma gələn toxum yollarını tutur. Nəticə sonsuzluq.   Bir çox infeksiyalar müalicə olunmadıqda immunitet antispermal antitel hasil edərək, özlüyündə onları blok edir, amma bu da autoimmune sonsuzluğa səbəb olur. Ona görə infeksiyalar vaxtında müalicə olunmalı,30-35 yaşına kimi gözləmək, məndə heç nə yoxdur demək olmaz.