Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti...


Digərləri 22 May 2019 22:26:00 236 0

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti...

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Əməliyyatdan sonra onların görmə qabiliyyəti bərpa olunur, kosmetik defektlər aradan qaldırılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-transplantoloqu Fərəh Abduləliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Cərrah-transplantoloq bildirib ki, ötən həftə mərkəzdə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb.