Meditasiya barədə ŞOK araşdırma: insanı mənfi enerjiyə kökləyir


Digərləri 22 May 2019 22:11:00 253 0

Meditasiya barədə ŞOK araşdırma: insanı mənfi enerjiyə kökləyir

Meditasiya ilə məşğul olanların rahatlamaq əvəzinə, tərsinə ruh halına düşdüyü ortaya çıxıb. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu qənaətə İngiltərədəki London Universitetində iki ay ərzində araşdırma nəticəsində gəlinib. Tədqiqatlarda 232 nəfər iştirak edib. Təcrübədə iştirakçılardan bu sınaqda xoş olan və yaxud olmayan bütün hiss və duyğularını bildirmələri tələb edilib. Sınaqların nəticəsində ilkin olaraq narahatlıq, qorxu, təhrif edilmiş fikir və düşüncələr özünü qavrama kimi əlamətlər sıralandı.

Bütün iştirakçıların cavabları dəyərləndiriləndə isə qəribə nəticə ortaya çıxıb. Meditasiya ilə məşğul olan kişilərin 28,5%-i, qadınların 23%-i, dini inancı olmayanların isə 30%-i mənfi təcrübə olduğunu söyləyib.

Meditasiya - latıncadan "meditatio" , "meditor" - düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər. Meditasiya əslində, çox qədim bir üslubdur. Hətta ola bilsin ki, qədim Misirdə və hətta mayalılar da öz dövlərində meditasiya ilə məşğul olublar. Amma meditasiyanın əsas inkişaf və istiqaməti hind yoqası və buddizmdə olub.   Müsəlmanlarda isə buna yaxın sufizm var. Müasir psixoterapiyalarda meditativ metodlar çox istifadə edilir. Hesab edilir ki, meditasiya bədənin rahatlaşması, dincəlməsi, stressdən azad olma, lazımsız həyəcan və düşüncələrdən fikrin təmizlənməsi, mənəvi rahatlığın alınması və daxili harmoniyaya görə insana lazımdır.