Bədəndən duzu qovan, mədəbağırsağı təmizləyən dəmləmə 1 aya super nəticə


Digərləri 22 May 2019 22:05:00 222 0

Bədəndən duzu qovan, mədəbağırsağı təmizləyən dəmləmə  1 aya super nəticə

Bu metodun bir neçə əsr yaşı var. Dəfnə yarpağı yaranandan kahinlər, təbiblər, həkimlər ondan ən müxtəlif müalicə məqsədləri üçün istifadə ediblər.

Bizim üçünsə dəfnə sadəcə borşa atılan, şorbaya qatılan ətirli yarpaqdan başqa bir şey deyil.

Son.az medicina.az-a istinadən bildirir ki, bədəndə olan duz qalıqlarını təmizləmək, oynaqlar, sümüklər, əzələlər üçün təmizləyici və rahatladıcı xüsusiyyətə malik dəfnənin xüsusi dəmləməsi mədə-bağırsağın da işini yaxşılaşdırır, toksinlərdən təmizləyir.

Həmin resepti təqdim edirik:

5 qr narın edilmiş dəfnə yarpağının üzərinə 300 qr qaynar su alıb, 15 dəqiqə zəif odda saxlayın. Daha sonra soyudub, süzün. 4 saat termosda qalsın. Bu dəmləməni cəmi 3 gün istifadə etməlisiz. 300 ml hazır məhlulu bir xörək qaşığı miqdarında içməklə 3 gün ərzində bitirirsiz. Belə ki, gün ərzində hər 2 saatdan bir bir qaşıq içirsiz.