Bədəndə güclü qaşınma 12 səbəb və müalicə


Digərləri 22 May 2019 21:44:00 301 0

Bədəndə güclü qaşınma  12 səbəb və müalicə

Yaz-yay aylarında bədən səthinin qaşınması, qızarması, hətta yaralar əmələ gəlməsi dərəcəsində simptomlar əhalini narahat edir. Çox insan bunu allergiyaya, istiyə bağlayır. Lakin bədəndə qaşınmanın əsəb, sinir pozulması, qoturluq, heyvanlardan keçən xəstəliklər, autoimmun problemlər kimi dərin səbəbləri ola bilər.

Son.az bildirir ki, medicina.az bədən dərisinin qaşınmasının 5 səbəbini və hansı müayinədən başlamalı olacağınızı araşdırıb.

Qaşınmanın xəstəliyə  bağlı əlamətləri:

-Dəri normal görünsə də, səthi zədələnməsə də, qırmızı görünür -Səthi nahamarlaşır -Ləkələnir -Qabıqlanır -Qaşıdıqda dırnaq izi və sıyrılmadan müxtəlif yerlərdə quruma, qanaxma, qaysaq -Suluqlar, şişkinlik, pulcuqlar

Möhkəm qaşıdıqda sıyrıq və dırnaq yerindən dərinin alt qatına infeksiya keçə bilir. Qaşınma əvvəlcə bədənin kiçik hissələrində, baş, ayaq, boyun, əllərdə başlayır, daha sonra bütün bədənə yayılır. Bəzən qaşınma uzun və intensiv davam edir, insana rahatlıq vermir. Əgər insan daim dırnaqları ilə dərini qaşıyıb cızırsa, qanadırsa, dəri qıcıqlanaraq, epidermisi zədələnir və kiçik yaralar əmələ gəlir.  

Ən çox yayılmış səbəblər:

-Mövsümü və digər allergiyalar- dərman, qida, ətir və s. -Həşərat sancması, dişləməsi -Dəri xəstəlikləri - dermatit, ekzema, qoturluq, psoriaz -Şəkərli diabet -Böyrək problemləri, hətta böyrək çatışmazlığı -İnfeksiyalar: qızılca, məxmərək, göbələk -      Xarici təsirlər: bitkilər, torpaq, toz gənələri -Daxili xəstəliklər: anemiya, sirroz, öd yollarının tutulması, öd daşı, leykemiya, QİÇS, dağınıq skleroz, böyrək xəstəlikləri ciddi qaşınma verir. -Sinir, əsəb xəstəlikləri: depressiya, nevroz,stress, kəskin qorxu, hərəcan -Dərmanların əks təsiri kimi də təlimatlarında dəridə qaşınma qeyd olunub- antibiotiklər, göbələk dərmanları, narkotik dərmanlar, qıcolma dərmanları və s. -Hamiləlik - hormonal dəyişiklik dəridə qaşınma verir

Nə zaman həkimə müraciət etməli: