Günəş şüaları gözləri məhv edir! Risklərdən qoruyan 8 qızıl qayda


Digərləri 22 May 2019 21:50:00 262 0

Günəş şüaları gözləri məhv edir!  Risklərdən qoruyan 8 qızıl qayda

Yayın qapımıza dayandığı, günəşin bütün comərdliyi ilə özünü göstərdiyi günlərdə  ehtiyatlı olmaqda fayda var. Ultrabənövşəyi şüaların gözlərimizə vurduğu ziyan ağır nəticələr verə bilər 

Son.az medicina.az-a istinadən gözlərimizi qorumaq üçün qızıl qaydaları təqdim edir.

EYNƏK OLMADAN ÇÖLƏ ÇIXMAYIN!     Atmosfer zərərli şüaların böyük bir qismini özündə saxlasa da, günəş işığında gözə zərər verəcək dərəcədə ultra bənövşəyi və infraqırmızı şüaları var. Ozon təbəqəsi nazikləşdiyi üçün insan dərisinə və gözünə zərərli şüalar yer üzünə daha çox miqdarda çatır, bu da dəri və göz sağlamlığı üçün böyük təhlükəyə çevrilir. Bu zərərli şüalardan gözləri qorumaq üçün ideal bir gün eynəyi seçməyiniz məsləhət görülür. İdeal gün eynəklərinin şüşəsi UV və İR şüaları soraraq, onların gözə zərər verməsinin qarşısını alır. Günəşin zərərli şüaları gözlərdə katarakt kimi bir neçə xəstəliyə səbəb olur. Ümumilikdə görməyə mənfi təsir edir.    BULUDLU HAVADA DA EYNƏYİ ÇIXARTMAYIN!    Kölgədə və yaxud buludlu havada  eynəyi çıxartmayın. Çünki hər hansı ağacın və yaxud çətirin altında olmaqla gözlərinizi şüalarda qorumuş olmuyacaqsınız. Şüaların böyük hissəsi buludların arasından da keçir. Xüsusi ilə günorta saatlarında ehtiyatlı olun!

LİNZA İSTİFADƏ EDƏNLƏR, EYNƏK TAXMAĞI UNUTMAYIN 

Linza istifadəsi yay mövsümündə dava çox müşahidə edilir. Nə qədər düzgün bahalı linza markası istifadə etsəniz də günəş gözlüyündən istifadə mütləq olmalıdır.   GÖZLƏRİNIZİ OVUŞDURMAYIN!