Dodon təhdid etdi: İşinizlə məşğul olun!


Dünya 22 May 2019 21:29:00 213 0

Dodon təhdid etdi: İşinizlə məşğul olun!

Moldova Prezidenti İqor Dodon parlamenti buraxmaqla təhdid edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Dodon parlamentdə çoxluğun yaradılması üçün 2 həftə vaxt qoyub və əks halda parlamentin buraxılacağını, növbədənkənar seçkilərin keçiriləcəyini deyib.

"Bizim parlament sədrimiz və funksional hökumətimiz yoxdur. Mən 24 fevralda seçilmiş millət vəkillərinə müraciət etmək istəyirəm: Ya işinizlə məşğul olun, ya da növbədənkənar seçkilərə yollanın", - Dodon bildirib.