"Tu134" təyyarəsi sonuncu uçuşunu həyata keçirib


Digərləri 22 May 2019 21:20:00 244 0

"Tu134" təyyarəsi sonuncu uçuşunu həyata keçirib

Sovet aviasiyasının əfsanəvi "Tu-134" təyyarəsi sonuncu uçuşunu həyata keçirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Tu-134" təyyarəsi Yakutiyadan Novosibirskə sonuncu uçuşunu həyata keçirib. Bundan sonra təyyarə Novosibirskin Tolmaçyov aeroportunun Aviasiya Muzeyinə təhvil veriləcək.

"Tu-134" təyyarələri SSRİ dövründə Xarkov aviasiya zavodunda istehsal olunurdu. İlk "Tu-134" sərnişin təyyarəsi 1963-cü ildə havaya qalxıb. İyirmi il ərzində 854 belə təyyarə istehsal olunub.

Hazırda bu tip təyyarələr istismardan çıxarılıb. 1980-ci ildən istismar olunmuş və sonuncu uçuşunu həyata keçirən bu "Tu-134" 1990-cı illərin sonlarında SSRİ Xalq artisti Alla Puqaçovanın şəxsi təyyarəsi olub.