AQTİ-də qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib (FOTO)


Digərləri 22 May 2019 21:15:28 203 0

AQTİ-də qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən gənclərlə görüş keçirilib (FOTO)

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya-texnologiya fakültəsinin tələbələri ilə görüşüblər.

Bakı. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya-texnologiya fakültəsinin tələbələri ilə görüşüblər. Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) keçirilən görüşdə bildirilib ki, məqsəd qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən bilikli və bacarıqlı gəncləri əməkdaşlığa cəlb etməkdir. Bu məqsədlə müxtəlif ali məktəblərin tələbələri İnstitutda təcrübə proqramlarına cəlb olunurlar. Təcrübə proqramları çərçivəsində tələbələr laboratoriyaların fəaliyyəti ilə tanışlıqla yanaşı burada çalışan qabaqcıl ölkələrin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər ixtisaslı mütəxəssislərin təcrübələrindən də faydalanırlar. Görüşdə həmçinin tələbələrə ölkədə qida təhlükəsizliyinin təmin olunması, bu sahəyə peşəkar mütəxəssislərin cəlbi istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbir iştirakçıları qeyd ediblər ki, belə görüşlərin təşkil edilməsi peşəkar kadrların formalaşmasında böyük rol oynayır.