"Bir dəfə Hollivud"da filminin premyerası olub


Digərləri 22 May 2019 21:02:00 194 0

"Bir dəfə Hollivud"da filminin premyerası olub

Kventin Tarantinonun "Bir dəfə Hollivud"da (Once upon in time in Hollywood) filmi Kann kinofestivalına təqdim olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, festivalın əsas mükafatı olan "Qızıl palma budağı"na namizədliyi irəli sürülən ekran əsəri festivalda nümayiş edilib.

Bu arada filmin yaradıcıları və baş rolun ifaçıları (Bred Pit, Leonardo Di Kaprio və Marqo Robbi) Kann kinofestivalına gəliblər. Müxbirlərə müsahibə verən Pred Pit bildirib ki, Tarantino kinematoqrafiya ənənələrinin dahi nümayəndəsidir. Aktyor həm də qeyd edib ki, bu film Tarantinonun Hollivuda, Los-Ancelesə və kinoya bir sevgi ismarıcıdır.

Filmdə hadisələr 1969-cu ildə Los-Ancelesdə cərəyan edir. Kinotənqidçilərin fikrinə görə "Bir dəfə Hollivud"da əsəri Kann festivalında ən çox gözlənilən filmlərdəndir.

"Tarantino bizim festivalın fərdi iştirakçılarından biridir və biz hər zaman onun yeni əsərlərini səbirsizliklə gözləyirik",-deyə festivalın baş direktoru Terri Fremo müxbirlərə müsahibəsində deyib.