Azərbaycanda yumurta istehsalı artırılacaq


Digərləri 22 May 2019 20:47:00 270 0

Azərbaycanda yumurta istehsalı artırılacaq

Hacıqabul rayonunda fəaliyyət göstərən "Hacıqabul quşçuluq" fabriki bu ilin ikinci yarısında yumurta istehsalını artırmağı planlaşdırır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

Mənbənin məlumatına görə, fabrikdə aylıq 300 min yumurta istehsal olunur:

"Biz bu göstəricini artırmağı və istehsalı ayda 350-400 minə çatdırmağı planlaşdırırıq. Məhsulumuz daxili bazarda satılır, amma daxili bazarda qeyri-stabil tələbatla əlaqədar olaraq məhsulun böyük hissəsi ixraca yönəlir. Biz istehsal həcmini və ixrac potensialını artırmağı planlaşdırırıq".