Saçlarını sataraq dolanan qadınlar


Digərləri 22 May 2019 20:49:00 204 0

Saçlarını sataraq dolanan qadınlar

Venesuela hər zaman gözəl qızları ilə məşhur olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, indiyədək yeddi venesuelalı qadın "Kainat gözəli", altısı isə "Dünya gözəli" ünvanını alıb. Hazırda ölkədə iqtisadi böhran olduğundan qadınlar baxımlarından imtina ediblər. Gözəllik salonları isə ərzaq məhsulları qarşılığında fəaliyyət göstərir.

Onların əksəriyyəti uzun saçlarını kəsərək satışa çıxarır. Bu, ölkədəki qadınların demək olar ki, əsas gəlir mənbəyidir. Qız uşaqlarının da saçları ailənin dolanışığı üçün istifadə edilir.


Xəbərə aid fotolar