Meymun 10 nəfəri dişlədi, biri öldü Polis “qatil”i saxlayıb


Digərləri 22 May 2019 20:39:00 466 0

Meymun 10 nəfəri dişlədi, biri öldü  Polis “qatil”i saxlayıb

Hindistanda vəhşi əntər 10 gün ərzində yerli Bədnəvar şəhər (mərkəzi Hindistan) sakinlərini qorxu içində saxlayıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, quduz meymun 10 nəfəri dişləyib.

Zərərərçəkənlərdən biri - 60 yaşlı kişi xəstəxanada quduzluğa qarşı preparatın olmamasına görə ölüb.

Hökumətin belə hallara etinasız yanaşmasından hiddətlənən yerli sakinlər ölən kişinin meyitini yola çıxararaq, nəqliyyat vasitələrinin irəliləməsinə mane olub.