Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü
Digərləri 22 May 2019 20:17:00 248 0
Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Əli qızı mayın 17-də Bakıya, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 27, mənzil 24-də yaşayan qohumugilə qonaq gəlib.
V.Kərimova mayın 19-da səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az