Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü


Digərləri 22 May 2019 20:10:39 224 0

Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb.

Bakı. Samir Əli - Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Əli qızı mayın 17-də Bakıya, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 27, mənzil 24-də yaşayan qohumugilə qonaq gəlib. V.Kərimova mayın 19-da səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.