Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib


Siyasət 22 May 2019 19:07:00 290 0

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fəramn imzalayıb.

Anlaşma Memorandumu 2019-cu il martın 11-də Astana şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyinə bildiriş göndərəcək.

Son.az