İranlı rəsmi: "ABŞla müzakirələrin mənası yoxdur"


Dünya 22 May 2019 18:19:00 214 0

İranlı rəsmi: "ABŞla müzakirələrin mənası yoxdur"

ABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

M.Vaezinin sözlərinə görə, son günlər, əsasən 8 maydan sonra müxtəlif ölkələrin Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması və regionda qarşıdurmanın olmamasının tərəfdarı olduğu müşahidə olunur:

"Bu ölkələr Hərtərəfli Birgə Fəaliyyət Planının əhəmiyyətini nəzərə alaraq gedişatın İranın razılığını qazanmaq istiqamətində olmasını istəyirlər. Amma bu səylər İranla ABŞ arasında müzakirənin aparılması demək deyil".

2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayının 8-dən bu plandan çıxdığını elan və 2018-in noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.