AQTA əməkdaşları Tovuzda sahibkarlarla görüşüb (FOTO)


Digərləri 22 May 2019 18:13:00 195 0

AQTA əməkdaşları Tovuzda sahibkarlarla görüşüb (FOTO)

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, növbəti tədbir Tovuz və ətraf rayonlardan olan sahibkarlarla keçirilib. Görüşdə Agentlik tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin sahibkarlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat verilib. Tədbirdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.