Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib


Digərləri 22 May 2019 17:49:00 237 0

Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyərək qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.


Xəbərə aid fotolar