Cavid Qurbanov: Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır


Digərləri 22 May 2019 16:59:00 211 0

Cavid Qurbanov: Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır

Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır.

Bakı. Ayşəm Rüstəmova - Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır. Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, bu il üç qatar alınması ilə bağlı "Stadler" şirkətinə sifariş verilib. Növbəti illərdə 12 qatarın alınması nəzərdə tutulur: “Bakıda dəmir yolu nəqliyyatını genişləndirmək fikrimiz var. Hava limanına qədər dəmir yolu uzadılacaq. Bunun ən müsbət cəhəti odur ki, dəmir yolu nəqliyyatı təhlükəsizdir, rahatdır və qiyməti uyğundur. İndiyə qədər 3100 yük vaqonu alınıb. "Stadler"lə danışıqlar apardıq, 4 vaqondan ibarət 7 qatar aldıq. Qatarlardan bəziləri dizel qatarları olacaq. Ümumilikdə 50 sərnişin qatarı, 4000-ə yaxın vaqon almaq lazımdır". Cavid Qurbanovun sözlərinə görə, yeni dəmir yolu stansiyaları yeni konsepsiya əsasında qurulur.