İranlı rəsmi: ABŞ-la müzakirələrin mənası yoxdur


Digərləri 22 May 2019 16:29:10 194 0

İranlı rəsmi: ABŞ-la müzakirələrin mənası yoxdur

ABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur.

Bakı. Elnur Bağışov - ABŞ-ın İran xalqına təzyiq göstərdiyi və öhdəlikləri yerinə yetirmədiyi zamana kimi, bu ölkə ilə müzakirələrin mənası yoxdur. Trend-in məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. M.Vaezinin sözlərinə görə, son günlər, əsasən 8 maydan sonra müxtəlif ölkələrin Hərtərəfli Birgə Fəaliyyət Planının qorunması və regionda qarşıdurmanın olmamasının tərəfdarı olduğu müşahidə olunur: "Bu ölkələr Hərtərəfli Birgə Fəaliyyət Planının əhəmiyyətini nəzərə alaraq gedişatın İranın razılığını qazanmaq istiqamətində olmasını istəyirlər. Amma bu səylər İranla ABŞ arasında müzakirənin aparılması demək deyil”. 2016-cı il yanvar ayında İranın nüvə proqramı haqda İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayının 8-dən bu plandan çıxdığını elan və 2018-in noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.