Gürcüstandan Azərbaycana qanunsuz gətirilən 4 min siqaret aşkarlandı


Digərləri 22 May 2019 16:14:00 222 0

Gürcüstandan Azərbaycana qanunsuz gətirilən 4 min siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E200" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağının üst hissəsində gizlədilmiş 4000 ədəd "King" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.