Bu ölkənin prezidenti rüşvətxor məmurların və narkobaronların


Digərləri 22 May 2019 16:04:00 208 0

Bu ölkənin prezidenti rüşvətxor məmurların və narkobaronların

Bazar günü Meksikanın paytaxı Mexikoda dünyanın ilk "antikorrupsiya" hərracı keçiriləcək.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Meksika prezidenti Andres Manuel Lopes Obradorun "Los-Pinos"dakı malikanəsində təşkil olunacaq "Robin Qud" adlı hərracda 82 bahalı avtomobil və onlarla villa satışa çıxarılacaq.

Avtomobillər Meksikada həbs olunmuş və ya axtarışda olan narkobaronlarla narkokartel liderlərinə, villalar isə rüşvətxorluq və korrupsiyaya görə həbs olunan, yaxud vəzifəsindən qovulan siyasətçilərlə məmurlara aid idi.

Hərrac prezident fərmanı ilə hökumətin nəzdində yaradılmış Antikorrupsiya Komissiyasının rüşvətxorluq və cinayətkarlıqla mübarizə proqramı çərçivəsində reallaşdırılacaq.

"Çirkin pullarla alınmış villalar və avtomobillərin satışlarından əldə olunacaq pullarınn ictimai məkanlara, parklara, xəstəxanalara, yoxsul məhəllərdə inşa ediləcək infrastruktura çevrilməsini istəyirik", - Obrador deyib.

Satışa çıxarılacaq 82 avtomobilin toplam ilkin qiyməti 15 milyon dollardır.


Xəbərə aid fotolar