Ölmüş heyvanların ətini satırmış


Digərləri 22 May 2019 15:45:00 206 0

Ölmüş heyvanların ətini satırmış

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.

AQTA-dan Son.az-a verilən məlumata görə, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

AQTA əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.


Xəbərə aid fotolar