Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı - "Onu zorla nişanlayıblar"


Digərləri 22 May 2019 15:42:00 153 0

Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı - "Onu zorla nişanlayıblar"

Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.

Bakı. Ceyhun Ələkbərov - Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb. Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib. Sədrin sözlərinə görə, leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində yerli orqanların birində müstəntiq işləyib: "Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb".