Atasının məzarına getməkdən qorxan azərbaycanlı məşhurdan


Şou-biznes 22 May 2019 14:51:00 225 0

Atasının məzarına getməkdən qorxan azərbaycanlı məşhurdan

"Bir çox insanlar doğmalarının məzarını ziyərət etməyi, o gücü özlərində tapmırlar".

Son.az xəbər verir ki, bu sözləri "Şou ATV"-nin aparıcısı Nanə Ağamalıyeva efirdə Xumar Qədimova ilə söhbəti əsnasında işlədib.

Xanım sənətçi aparıcının sözlərinə "Mən ölərəm orada, Nanə. Yəni ölməmək üçün getmirəm, Vallah. Mən axı yaşamalıyam, mən axı məni sevənlərə lazımam, mən balama lazımam. Gedə bilmirəm mən, qətiyyən. Hətta gedənlərə də məəttələm ki, necə gedirlər. Məsələn, mən adam tanıyıram ki, o, atasını heç də sevmirdi. Amma onun ad günündə deyir ki, "Sabah atamın ad günüdür. Gərək sabah aş dəmliyəm". Mən belə şeyləri qəbul edə bilmirəm. Necə saxta gəlir" cavabını verib.