“Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma”


Şou-biznes 22 May 2019 14:55:00 242 0

“Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma”

Müğənni Niyam Salami "5-də 5" verilişində açıqlamasından sonra ona etiraz edən "Yeni Ulduz"çulara cavab verib.

Son.az bildirir ki, sənətçi qafqazinfo-ya açıqlama verərək canlı efirdə söylədiyi fikirlərə aydınlıq gətirib. Niyam qeyd edib ki, proqramda atalar sözü üzərində qurulan suala zarafatyana cavab verib:

"Zaur Kamalın proqramı şou xarakterlidir. O, birinin makiyajını silir, digərinin estetik əməliyyatından danışır. Efirə baxmısızsa, görərsiz ki, aparıcı atalar sözündən sitat gətirərək mənə sual ünvanlayır. Cavabı verərkən hələ fikirləşdim. Dedim ki, kötük sənətkarlar, çör-çöp "Yeni ulduz"dan çıxanlardır. Özümü də budaq adlandırdım. Burda nə var ki? Əgər Zaur başqa mənada sual versəydi, özüm buna etiraz edərdim. Mən o qədər axmağam ki, Azərbaycanı "Eurovision"da təmsil edən Çingizin "Yeni Ulduz"dan çıxdığını bilərəkdən artıq nəsə deyəm? Sizcə, mən bunu edərəm? Bunu erməni edə bilər.

Şoudur, zarafatdır, burda nə var ki? "Yeni Ulduz"dan çıxanlar ən azı "Eurovision"da iştirak ediblər. Ən azı "Yen Ulduz"da əyləşən münsiflər var, onların niyə xətrinə dəymir? Çünki bilirlər ki, bu, bir zarafatdır. Verilişdə dedim ki, ənkələr Xalq, Əməkdar artistlərdir. Onlar da zəng vurub desinlər ki, mənə niyə kötük deyirsən? Mən nə etmişəm? Əsgər söymüşəm, ya kiminsə balasını? Uşaqlara nə deyərdim? "Yeni Ulduz"dan çıxanlara kötük deyərdim? Ayıbdır".

N.Salami daha sonra fikirlərinə sərt reaksiya verən İlhamə Qasımova və Elvin Abdullayevi tənqid edib: