Müslüm Maqomayevin qızı uzun müddət sonra ilk dəfə müsahibə verdi: "Atam heç vaxt ona xəyanət etməyib" VİDEO


Digərləri 22 May 2019 14:33:00 273 0

Müslüm Maqomayevin qızı uzun müddət sonra ilk dəfə müsahibə verdi: "Atam heç vaxt ona xəyanət etməyib"  VİDEO

Mərhum Xalq artisti Müslüm Maqomayevin qızı Marina Maqomayeva susqunluğunu pozaraq, uzun müddətdən sonra ilk dəfə müsahibə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, ABŞ-da yaşayan Marina hər dəfə mediaya açıqlama verməkdən qaçıb. Rusiyanın birinci kanalına qonaq olan Maqomayeva "Эксклюзив" verilişinə danışıb. Marina bildirib ki, atası hər zaman şəxsi həyatını ondan uzaq tutub:

"Heç vaxt birlikdə getdiyimiz tədbirlərdə onun qadınlarla özəl münasibəti olduğunu görməmişəm. Düzdür, o, subay idi, amma mən heç nə görmədim. Hər zaman mənə yüksək dəyər verdiyi üçün ona minnətdar olmuşam. Tamara (Müslüm Maqomayevin ikinci həyat yoldaşı Tamara Sinyavskaya - red.) ilə məni Moskvada tanış edib. Həmin vaxt onunla rəfiqəlik etdik. Çox mehriban qadın idi. İlk andan hiss etdim ki, bizim mehriban münasibətimiz olacaq. İndiyədək də əlaqəmiz davam edir".

Marina bildirib ki, ailə qurduğu üçün Amerikaya köçməli olub:

"Deyirdilər ki, guya, Tamaranın atama ərə gəlməsini qəbul etmədiyim üçün Amerikaya köçdüm. Amma yalan idi".

Marina atasının nikahdankənar övladının olmasına inanmadığını deyib. O söyləyib ki, atası ilə Tamara Sinyavskayanın sevgisi o qədər güclü olub ki, Müslüm heç vaxt ona xəyanət etməyib.