Benzema Real-ın ən yaxşı oyunçusu seçildi


İdman 22 May 2019 13:42:00 325 0

Benzema Real-ın ən yaxşı oyunçusu seçildi

Real-da 2018/2019 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, Kərim Benzema Madrid təmsilçisində cari mövsümün ən yaxşısı seçilib. O, azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, birinci olub. Bu münasibətlə fransalı hücumçuya Mahou Cinco Estrellas mükafatı təqdim edilib.

Qeyd edək ki, Benzema son mövsüm 53 matçda 30 qol vurub, 11 qolun ötürməsini verib