Samsung Galaxy A40 – rahatlıq üçün yaradılmış smartfon


Digərləri 22 May 2019 14:02:00 227 0

Samsung Galaxy A40 – rahatlıq üçün yaradılmış smartfon

Samsung Galaxy A40 modeli, A 2019 seriyasını təmsil edən digər məhsullardan seçilərək, smartfon anlayışını bizlərə tam fərqli tərəfdən təqdim edir.

Bakı. Samsung Galaxy A40 modeli, A 2019 seriyasını təmsil edən digər məhsullardan seçilərək, smartfon anlayışını bizlərə tam fərqli tərəfdən təqdim edir. Trend-in məlumatına görə, cihaz kiçik ölçüyə malik olub, sahibinə daha böyük smartfonların idarə olunmasından sonra uzun müddət unudulmuş bir duyğunu yenidən yaşadacaq. Galaxy A40 yığcam cihazlara üstünlük verənlər üçün yaradılıb. Belə ki, smartfonun qabaritləri - 144×69×7,9 mm təşkil edir. Burada kiçik ölçülər həm də yüngül çəki ilə tamamlanır, belə ki, çəkisi cəmi 140 qr olan Galaxy A40 ən yüngül smartfonlardan biri hesab edilə bilər. Smartfonun 5,9” Super AMOLED displeyi incə çərçivələr və dəyirmi künclərlə tamamlanaraq, daha cəlbedici obraz yaradır. “Sərhədsiz” ekran ön panelin kənardan kənara bütün sahəsini tutaraq FHD+ 1080x2340 piksel icazəyə malikdir. Displey üzərində yeganə “çıxıntı” damla şəklində nəzərdə tutularaq, frontal kameranı yerləşdirmək üçün istifadə edilib. Qeyd edilən xüsusiyyətinə görə ekran Infinity-U adını daşıyır. Galaxy А40 frontal kamerası 25 MP-lik icazəyə və f/2.0 malikdir. Kamera həmçinin, saniyədə 30 kadr sürəti ilə 1080p icazəli videolar qeyd etməyə qadirdir. Selfi kamerası günün işıqlı vaxtı daha parlaq, gecələr isə quraşdırılmış diafraqma sayəsində daha aydın şəkillər çəkməyə qadirdir. Bundan əlavə, kamera həm də istənilən təsvirdə bütün diqqətin sizin üzərinizdə olması üçün selfi-fokus funksiyasını dəstəkləyir. Smartfonun arxa kamerası ikili modul üzərindən işləyir. Burada birinci növbədə 16 MP sensorlu və optikası f/1.7 işıq gücünə və faza avtofokusuna malik olan modul təqdim edilib. İkinci köməkçi modul isə 123 dərəcə baxış bucaqlı ultra geniş, f/2.2 aperturalı 5 MP-lik kamera ilə təmsil olunub. Süni zəka texnologiyası sayəsində, smartfon görüntünü tənzimləyərək ilk kadrdan ideal təsvir əldə etməyə imkan yaradır. Korpusun arxa hissəsində həm də daktiloskopik sensor yerləşdirilmişdir, əlavə olaraq qeyd etmək lazımdır ki, smartfon “Face recognition” funksiyasını da dəstəkləyir. Galaxy A40 batareyasının həcmi 3100 mAh təşkil edir. Qeyd edilən həcm smartfondan gün ərzində istifadəni təmin etməyə yetərlidir. Tələb olunduğu halda isə 15 Vt gücünə malik sürətli yükləmədən istifadə oluna bilər. Smartfon 4 QB RAM və microSD kart vasitəsi ilə 512 QB-da qədər artırıla bilən 64 QB daxili yaddaşla təchiz olunub.