Türkiyə hərbçilərini Rusiyaya göndərdi


Dünya 22 May 2019 13:43:00 204 0

Türkiyə hərbçilərini Rusiyaya göndərdi

Türkiyə hərbçilərini "S-400" zenit-raket sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya göndərib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, təlimlər artıq başlayıb, bir neçə ay davam edəcək.

Nazir Rusiyaya göndərilən əsgərlərin sayının artacağını da istisna etməyib.