Şəmkirdə içərisində 2 azyaşlı olan ev yandı


Digərləri 22 May 2019 13:47:00 249 0

Şəmkirdə içərisində 2 azyaşlı olan ev yandı

Şəmkirdə yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.