Gəncədə ofisdən 7 min dollar və 200 avro oğurlanıb
Kriminal 22 May 2019 13:38:00 185 0
Gəncədə ofisdən 7 min dollar və 200 avro oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbişovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az