Azərbaycanda tikintidə seysmikliyin öyrənilməsi ilə bağlı yeni normativlərin tətbiqi təklif olunub


Digərləri 22 May 2019 13:32:00 186 0

Azərbaycanda tikintidə seysmikliyin öyrənilməsi ilə bağlı yeni normativlərin tətbiqi təklif olunub

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib.

Bakı. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tikinti sahələrinin seysmikliyi ilə bağlı müzakirələr keçirilib. RSXM-dən Trend-ə verilən məlumata görə, “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərə gəlib. Səfərin məqsədi “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələrin aparılması, eləcə də mərkəz əməkdaşlarına beynəlxalq standartlara uyğun emal proqramları ilə bağlı təlimin keçirilməsidir. Xarici qonaqlar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşüblər. Görüşdə RSXM-nin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Tahir Məmmədli, "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əiyeva, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər. Müzakirələr zamanı tərəflər arasında əməkdaşlığın hazırki vəziyyəti, “Mərkəzi Asiya və Qafqaz ölkələrində seysmik şəbəkələrin inkişafı” layihəsi çərçivəsində Azərbaycanda görülən işlər, eləcə də tikinti sahələrində seysmikliklə bağlı yeni tikinti normativlərinin tətbiqinə dair məsələlərə toxunulub.