DTXnin tutduğu baş redaktor və jurnalistin işi məhkəmədə


Kriminal 22 May 2019 12:48:00 291 0

DTXnin tutduğu baş redaktor və jurnalistin işi məhkəmədə

"El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, "El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi "90-PF-742" dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunubar.