Nazilənin oğlu qəzaya düşdü


Şou-biznes 22 May 2019 11:50:32 217 0

Nazilənin oğlu qəzaya düşdü

Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şənbə günü Masazır yolunda baş verib. 

Nurlan "KİA" markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Hazırda N.Səfərlinin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.