Elzanın bacısı da müğənni olacaq


Şou-biznes 22 May 2019 11:40:00 337 0

Elzanın bacısı da müğənni olacaq

Əməkdar artist, bəstəkar Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan Muradova da müğənnilik etmək istəyir.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Xəzər" televiziyasında yayımlanan "5/5" verilişinin qonağı olan Seyidcahan tamaşaçılara bacısını müğənni kimi təqdim edib. Muradova verilişdə "Kolay deyil" türk mahnısını ifa edib.

Elza Seyidcahan qeyd edib ki, bacısının musiqi təhsili var.