Səfirlik: Jurnalist Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir


Digərləri 22 May 2019 11:14:00 177 0

Səfirlik: Jurnalist Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

Bakı. Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir. Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb. Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin