BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var


Digərləri 22 May 2019 11:04:00 194 0

BMT QAK: Azərbaycanda 1125 nəfər əcnəbi qaçqın var

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) qeydlərinə əsasən Azərbaycanda 1125 nəfər qaçqın var.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin xarici əlaqələr üzrə müşaviri Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, qaçqın statuslu şəxslərin yarıdan çoxu - 636 nəfəri Əfqanıstan vətəndaşıdır. Qaçqınların ikinci böyük əksəriyyətini 388 nəfərlə Rusiya Federasiyasından olan çeçenlər təşkil edir.

Azərbaycandakı qaçqınların 44-ü İran, 15-i Pakistan, 15-i Suriya, 1-i Türkiyə, 26-sı isə digər ölkələrin vətəndaşlarıdır.

E.Ağayev qeyd edib ki, qeyd olunan qaçqınlarla yanaşı, beynəlxalq himayəyə ehtiyacı olduğunu iddia edən 886 nəfər şəxs də BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyində qeydiyyatdadır. Onların 547-si Əfqanıstan, 135-i Pakistan, 37-si Türkiyə, 35-i Suriya, 30-u Rusiya, 25-i İran, 77-si isə digər ölkələrin vətəndaşlarıdır.