Braziliyada kilsədəkilər atəşə tutuldular:


Dünya 22 May 2019 11:08:00 178 0

Braziliyada kilsədəkilər atəşə tutuldular:

Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində kilsədə 3 nəfər ölüb. Məlumatda bildirilir ki, həmin şəxs bir müddət öncə evində nişanlısını güllələdikdən sonra kilsəyə gəlib.

Atəş açan şəxsin 39 yaşlı Rudson Araqon Qimaraeş olduğu bildirilib. Onun hava qüvvələrinin keçmiş hərbçisi olduğu qeyd edilir.