“ASK Şüşə” zavodunda ilk istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb


Digərləri 22 May 2019 11:07:05 215 0

“ASK Şüşə” zavodunda ilk istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb

“ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb.

Bakı. "ASK Şüşə" zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. "Azərbaycan Sənaye Korporasiyası" ASC-dən Trend-ə verilən məlumata görə, zavodun ərazisinə baxış keçirən qurumun baş direktoru Kamran Nəbizadə müəssisədəki mövcud vəziyyətlə tanış olub, lazımi göstərişlər verib. İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90 faizə çatacağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.